?Bakı? və ?Qarabağ?-ın oyunları yenə təxirə salındı

img

18-08-2009 [01:04]


Futbol üzrə XVIII Azərbaycan Premyer Liqasında II turun oyunlarının başlama saatı məlum olub. Avqustun 21-də, saat 19:00-da baş tutacaq II turun açılış oyununda ?Xəzər-Lənkəran? ?İnter?-i qəbul edəcək. Peşəkar Futbol Liqasından ANS PRESS-ə verilən məlumata görə, II turun digər qarşılaşmaları 22 avqust saat 18:00-da ?Neftçi?- ?Turan?, 20:00-da baş tutacaq ?Simurq?- ?Muğan? matçlarıdır. Bazar günü 18:00-da ?Karvan?- ?Olimpik-Şüvəlan? oyunu ilə tura yekun vurulacaq. II tur çərçivəsində keçirilməli olan ?Bakı? -?Standard? və ?Qarabağ? - ?Qəbələ? oyunları ?Bakı? və ?Qarabağ? klublarının UEFA Avropa Liqasının pley-off mərhələsində iştirak etməsi səbəbindən təxirə salınıb. /ANS PRESS/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA