Rəsul Quliyevin partiyasının yeni sədri də yoxa çıxıb

img

12-08-2009 [03:36]


Eks-spiker Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyət Partiyasının sədri Akif Şahbazovun istefasından sonra partiya sədri səlahiyyətlərini icra etməyə bşlayan Vaqif Mahmudovdan neçə müddətdir ki, səs-soraq yoxdur. Xüsusiylə də R.Quliyevin müşaviri Zəminə Dünyamalıyevanın onun ünvanına səsləndirdiyi sərt ittihamlardan sonra V.Mahmudovu tapıb, partiyanın fəaliyyəti barədə hər hansı məlumatı öyrənmək problemə çevrilib. ACP üzvlərindən birinin Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, V.Mahmudov Z.Dünyamalıyevanın ittihamlarına cavab verməkdə aciz olduğu üçün mətbuatdan qaçır: ?Akif Şahbazov da istefa verməzdən öncə Z.Dünyamalıyevanın tənqidlərinə məruz qalsa da, bu barədə mətbuata açıqlama vermirdi. İndi də Vaqif Mahmudov yoxa çıxıb. Məndə olan məlumata görə, özünə qarşı sərt ittihamların ünvanlandığını görən Vaqif Mahmudov sədrlik səlahiyyətlərindən imtina etmək istəyir. Ancaq Rəsul Quliyev ona partiyanın Ali Məclisinin iclasına qədər gözləməyi tapşırıb. Ona görə də hələlik mətbuatdan yayınmaqla vəziyyətdən çıxmaq istəyir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA