XiN vətəndazlara növbəti dafə xəbərdarlıq edib

img

12-08-2009 [01:17]


Azərbaycan Republikası Xarici İşlər Nazirliyi vətəndaşlara İndoneziyadakı mövcud vəziyyətlə bağlı xəbərdarlıq edib. Müstəqil İnformasiya Agentliyinin XİN-nin rəsmi internet saytına istinadən yaydığı məlumata görə, İndoneziya terrorizm təhlükəsi olan ölkələrdən hesab edilir. Hücumlar seçimsizdir və tez-tez xarici vətəndaşların olduğu yerlərdə baş verir. Hal-hazırda Bali adası turistlərin daha çox səyahət etdiyi ərazilərdən hesab edildiyinə görə bu cür hücumlar üçün əsas hədəflərdən biri sayılır. Aceh, Mərkəzi Sulavesi vilayəti (xüsusilə, Palu, Poso və Tentena), Maluku vilayəti (xüsuilə, Ambon) və Papuaya olan səyahətlər təhlükəli hesab edilir. Şərqi Kalimantan adası da turistlər üçün təhlükəli ərazilərdən biri hesab edilir. Bu ərazidə turistlərin oğurlanması riski mövcuddur. İndoneziya hökumətinin effektiv antiterror əməliyyatları nəticəsində hazırda bu cür təhlükələrin qarşısı bir qədər alınıb. Nazirliyin məlumatında qeyd olunur ki, İndoneziyada donuz qripinə (A (H1N1)) yoluxma ilə bağlı təsdiqlənmiş faktlar mövcuddur. İndoneziya Səhiyyə Nazirliyi elan etmişdir ki, donuz qripinə yoluxma halları təsdiq olunmuş ölkələrdən İndoneziyaya gələn sərnişinlər ölkə ərazisində mütləq tibbi yoxlamadan keçirliəcəklər. Bu ölkələrdən olan hər hansı bir sərnişinin ölkə ərazisinə daxil olarkən yüksək hərarəti olarsa, o, ən yaxın hospitala aparılır və xəstəliklə bağlı tam aydınlıq gələnə kimi orada saxlanılır. İnfeksiyaya yoluxmuş şəxslər 2 həftə müddətində karantində saxlanılırlar. Noyabr ayından mart ayınadək gözlənilməz daşqın və sellər baş verir. Xüsusilə Cakarta şəhərində böyük dağıntı və fəlakətlərlə nəticələnən sellər baş verir. Buna görə də bu ölkəyə səyahət edən zaman hava şəraitini mütləq nəzərə almaq lazımdır. İndoneziyada daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikasının vətəndaşlarının hər hansı problemlə əlaqədar onlara yardım göstərilməsi üçün Azərbaycan Respublikasının İndoneziyadakı Səfirliyi ilə əlaqə saxlamaları və konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA