ATƏT-in Amerikalı həmsədri Metyu Brayzanın əvəz edəcək zəxsin adı bəlli oldu

img

12-08-2009 [11:26]


ABŞ Dövlət Departamenti Qafqazdakı diplomatlarını dəyişir. Azadlıq radiosunun xəbərinə görə, bunu ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Metyu Brayza Tbilisidə olarkən bildirib. Cənab Brayza deyib ki, onu karyeralı diplomat Tina Kaidanow əvəz edəcək. O, 2006-cı ildən ABŞ-ın Kosovo missiyasının sədri, Amerikanın Priştinada fövqəladə və səlahiyyətli nümayəndəsi vəsifəsinə təyin edilib. 2008-ci ilin iyulunda, Kosovonun müstəqilliyi tanınandan sonra ABŞ-ın Kosovo Respublikasında səfiri olub. Kosovoya Sarayevodan gələn xanım Kaidanow 3 il ərzində burada Amerika səfirliyi nəzdində xüsisi missiyanın sədri müavini işləyib. Bundan əvvəl isə Amerika dövlət katibinin Avropa işləri üzrə müavini Richard Armitagın xüsusi koməkçisi olub. Amerika diplomatik korpusunun Balkan regionunda apardığı siyasətin fəal iştirakçısı olan xanim Kaidanow 1997-1999-cu illərdə Skopye, Sarayevo və Belqradda calışıb. Onun əsas fəaliyyət istiqamətlərindən biri də Kosovo böhranının həlli məsələsi olub. Pensilvaniya və Columbia Universitetində təhsil alıb. Siyasətşünaslıq üzrə doktorluq dərəcəsi var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA