Boykot məsələsi Qarabağ və Respublika Uğrunda Hərəkatda fikir ayrılığı yaradıb

img

11-08-2009 [04:54]


Əsas müxalifət partiyalarının bir araya gəldiyi Qarabağ və Respublika Uğrunda Hərəkatda yenidən fikir ayrılığı yaranıb. Belə ki, hərəkata daxil olan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin bələdiyyə seçkilərinin boykot edilməsi ilə bağlı fikirləri hərəkatdakı digər həmkarları tərəfindən qəbul olunmur. Hərəkatda təmsil olunan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu boykotun indiki məqamda məqsədəuyğun olmadığını bildirib: ?Mənə elə gəlir ki, biz mümkün qədər seçkilərdə iştirak etməliyik. Çünki onsuz da cəmiyyətdə çox təhlükəli həddə passivlik var. Bəlkə də belə passivlik iqtidarın da mənafeyinə uyğun olardı. Ona görə də bələdiyyə seçkilərinə qatılıb mübarizə aparılmalıdır?. Seçkinin boykot edilməsinə gəlincə, S.Cəlaloğlu deyib ki, bu məsələnin Qarabağ və Respublika Uğrunda Hərəkatda müzakirəyə çıxarılacağını gözləmir. Onun sözlərinə görə, bələdiyyələrlə bağlı qeyri-müəyyənlik də seçkilərlə bağlı konkret qərar verməyi çətinləşdirir. Ə.Əliyevin indiki mərhələdə boykotdan danışmasına gəldikdə isə ADP sədri ?Seçkilər hələ başlamamışdan bir sıra bəyanatlar verilir. Məsələn, Əhəd Abıyev demişdi ki, seçkiləri hökumət keçirir və kimi istəyir onu da təyin edir. Yəni bu cür bəyanatlar adamlarda pessimizm yaradır, bələdiyyə seçkilərinin nəticələrinə inamı azaldır. Ona görə də kimlərsə, seçkiyə qatılmamağı düşünür. Amma mənə elə gəlir ki, Qarabağ və Respublika Uğrunda Hərəkat bu seçkilərdə mütləq iştirak etməyə çalışacaq?,- söyləyib. MİA-ya açıqlama verən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib ki, hərəkatda boykot məsələsi müzakirə olunmur: ?Bilirsiniz ki, Vətəndaş Hərəkatına daxil olan partiyalar, o cümlədən Müsavat Partiyası bələdiyyə seçkilərində iştirakla əlaqədar qərar edib. Hazırda da seçkiyə hazırlıq işləri sürətlə davam edir. Ola bilsin ki, kimsə fikirlərini bu şəkildə ifadə edib. Amma Vətəndaş Hərəkatına daxil olan ?Azadlıq? bloku da bələdiyyə seçkilərində iştirak qərarı verib. Yəni boykot barədə qərar yoxdur, seçkidə iştirak haqqında qərarlar gündəlikdədir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA