Arif Hacılı: ?Hakimiyyətin təzyiqinə məruz qalmağı yarız elementinə çevirmək yanlızdır?

img

11-08-2009 [03:16]


Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Nurəddin Məmmədlinin ?Parlament seçkisindən bu yana faktik olaraq, təzyiq altında olan yeganə siyasi güc Xalq Cəbhəsi Partiyasıdır? deməsi müxalif düşərgədə birmənalı qarşılanmayıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı N.Məmmədlinin bu fikirləri ilə razılaşmır. Onun sözlərinə görə, AXCP hakimiyyətin təzyiqlərinə məruz qalan partiyalardan biridir. Yəni digər müxalifət partiyalarına, o cümlədən Müsavata qarşı da hakimiyyətin təzyiqləri səngimir: ?Elə son həftə ərzində olan olayları sadalamaq kifayətdir. Məsələn, Müsavat Partiyasının üzvü Ağasif Şakiroğlu həbs olundu, Hökməlidə evləri sökülən insanlarla təmas qurmağa cəhd göstərən Müsavat Məclisinin katibi Tofiq Yaqublu həbs edildi. Yəni bütövlükdə Müsavata qarşı təzyiqlər dayandırılmayıb. Mən ümumiyyət, burada partiyaların bir-birindən ayrılması xəttinin götürülməsini düzgün hesab etmirəm. Zaman-zaman AXCP, ADP, Müsavata və digər təşkilatlara qarşı bu cür təzyiq və təqiblər olub. Yəni hakimiyyətin təzyiqinə məruz qalma məsələsində yarış elementlərinin ortalığa qoyulması yanlışdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA