Müsavatçı deputat Arzu Səmədbəyli Antaliyada dincəlir

img

11-08-2009 [01:44]


Müsavat Partiyasının başqan müavini, millət vəkili Arzu Səmədbəyli Türkiyənin turizm mərkəzi sayılan Antaliyada istirat edir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə hazırda Antaliyada istirahət edən müsavatçılardan biri məlumat verib. Bizi bilgiləndirən şəxsin sözlərinə görə, A.Səmədbəyli ailəsi ilə birlikdə istirahət edir. 12 günlük istirahət müddəti götürən millət vəkilinin xeyli xərcə düşdüyü bildirilir. Belə ki, Antaliyada bir adamın 12 günlük istirahət xərci təxminən 1000 dollardan çox olduğunu nəzərə alsaq, Arzu bəyin 5-6 min dollar xərclədiyini demək olar. MİA-ya məlumat verən müsavatçı onu da bildirib ki, A.Səmədbəylinin istirahət xərcinə Türkiyədəki dostları da yardım ediblər. Qeyd edək ki, millət vəkilinin bir neçə gündən sonra istirahətini başa vurub vətən dönəcəyi bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA