Əfqanıstanda koalisiya qüvvələri arasında itkilərin artacağı gözlənilir

img

11-08-2009 [12:16]


Əfqanıstandakı beynəlxalq kontingentin komandiri, general Stenli Makkristal bəyan edib ki, taliblər ölkənin şimal və qərb rayonlarında məskunlaşdığı ənənəvi yerlərindən irəliləməyə başlayıblar. ANS PRESS-in ?BBC?yə istinadən verdiyi xəbərə görə, general hazırda ölkənin əhali az məskunlaşan rayonlarında xidmət çəkən hərbçilərin şəhərlərə köçürüləcəyini bildirib. ?Bundan əlavə, 4000 hərbçi ölkənin cənubuna - Qəndəhara göndəriləcək?, -deyə general bildirib. Stenli Makkristal yaxın aylarda Əfqanıstandakı koalisiya qüvvələri arasında itkilərin artacağını da istisna etməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA