Azərbaycan və Latviya prezidentlərinin təkbətək görüzü olub

img

10-08-2009 [03:30]


[b]Latviya Respublikasının Prezidenti Valdis Zatlers ?Heydər Əliyev? ordeni ilə təltif edilib[/b] Avqustun 10-da rəsmi qarşılanma mərasimindən sonra prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Latviya Respublikasının Prezidenti Valdis Zatlers və xanımı Lilita Zatlere ilə birgə görüşü olub. Sonra İlham Əliyevin və Latviya Prezidenti Valdis Zatlersin təkbətək görüşü keçirilib. Görüşdə dövlət başçıları ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluqlarını ifadə ediblər. Yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin genişlənməsinə töhfə verdiyi vurğulanıb. Azərbaycan ilə Latviya arasında əlaqələrin daha da dərinləşməsi üçün geniş potensialın olduğu bildirildi və əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub. Görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA