BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı Əli Kərimlini ittiham edir

img

09-08-2009 [07:14]


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin aparıcı müxalifət partiyalarının Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həll ediləcəyinə dair Avropa Şurası qarşısında öhdəlik götürmələri iddiasını təkrarlaması bir neçə partiyanın sərt reaksiyasına səbəb oldu. Bu zaman AXCP sədri Əli Kərimlinin nəzarətində olan mətbuat orqanları da Q.Həsənquliyevə qarşı hücuma start verdilər. BAXCP sədrinin müavini Niyaməddin Orduxanlının dediyinə görə, qarşı tərəfin hücumları cavabsız qalmayacaq: "Baş verənlər bir daha onu göstərdi ki, Əli Kərimli və onun ətrafında olanlar əxlaq normaları çərçivəsində siyasi mübarizə apara bilmirlər. Hər halda "Azadlıq" qəzetində Elnur Astanbəylinin fikirləri belə deməyə əsas verir. Bu şəxsin yazısı böhtan və təhqirdən ibarətdir. Belə bir yazının qəzet səhifəsinə çıxarılması da onu göstərir ki, burada bir başa Əli Kərimlinin sifarişi yerinə yetirilib. Mən həmin yazarın səviyyəsinə enmək istəmirəm. Amma deməliyəm ki, o, öz tərbiyəsinə uyğun məqalə yazıb. Bir də ki, Azərbaycan siyasətinə satqınçılığı kimin gətirdiyini hamı bilir. AXCP sədri Əli Kərimlinin Milli Azadlıq Hərəkatının lider Əbulfəz Elçibəyə, öz yaxın dostlarına qarşı etdikləri hələ də hamının yaddaşındadır. Xəstə yatan Əbülfəz Elçibəyi də vaxtı ilə həmin qəzetdə Əli Kərimlinin sifarişi əsasında təhqir edirdilər. Bu gün Qüdrət Həsənquliyevin ətrafında Elçibəyin yüzlərlə yaxın silahdaşı fəaliyyət göstərir. Biz əxlaq çərçivəsində siyasi mübarizə aparırıq". N.Orduxanlının dediyinə görə, Ə.Kərimlinin yaxın ətrafı bu təhqirlərə son qoymasalar, layiqli cavablarını alacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA