Elçin Behbudov Ramil Usubovdan həbs olunmuz gənclərin azadliğa buraxılmasıyla bağlı xahiz edib

img

08-08-2009 [05:23]


Bu gün İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov daxili işlər naziri Ramil Usubovla görüşüb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən E.Behbudovun sözlərinə görə, nazirlə bir saata yaxın söhbət ediblər: ?Cənab nazirlə 1 saata yaxın davam edən görüşdə ölkədə insan hüquqlarının vəziyyəti, işgəncə faktlarının araşdırılması ilə bağlı müzakirələr apardıq. Onun özü də bildirdi ki, işgəncə hallarına qarşıdır. Dedi ki, sabah hər birmizin yaxını işgəncə qurbanına çevrilə bilər. Ona görə də hər zaman işgəncə faktlarına qarşı çıxıb və çıxacaq?. Hüquq müdafiəçisi onu da bildirib ki, nazirlə söhbət zamanı həbs edilmiş bloggerlər ? Emin Milli və Adnan Hacızadənin azadlığa buraxılması ilə bağlı R.Usubovdan xahiş edib. ?Nazir dedi ki, onların istintaqının obyektiv araşdırılması barədə göstəriş verib? deyən E.Behbudov ümumilikdə görüşdən razı qaldığını nəzərə çatdırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA