Səfər Əbiyev Pakistanın Hərbi Dəniz Qüvvələri Komandanını qəbul edib

img

07-08-2009 [05:48]


Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri Komandanı admiral Bəşir Nomanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, görüşdə Pakistan və Azərbaycan arasında mövcud olan çoxşaxəli hərbi-siyasi əməkdaşlıq münasibətlərinə toxunulub. Bu əlaqələrin gələcəkdə daha da genişlənəcəyini bildirilib. Pakistan-Azərbaycan əməkdaşlığının müdafiə sənayesi sahəsinə öz böyük töhfəsini verdiyini qeyd edən müdafiə naziri Azərbaycan kimi Pakistanın da ərazi münaqişəsi ilə üzləşdiyini bildirib. Admiral Bəşir Noman Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəsinin mövqeyini açıqlayaraq bildirib ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapa bilər. Bu məsələdə Pakistan hər zaman Azərbaycanın yanındadır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA