BMT-nin baz katibi: ?Gənclər davamlı inkizaf yolunda əsas tərəfdaz olduqlarını artıq sübuta yetiriblər?

img

07-08-2009 [02:49]


12 avgust ? Beynəlxalq Gənclər Günüdür. Bu əlamətdar günlə əlaqədar BMT-nin Baş katibi Ban ki Munun müraciəti yayılıb. Müraciətdə bildirilir ki, builki Beynəlxalq Gənclər Günü ?Davamlılıq bizim vəzifəmiz və gələcəyimizdir? mövzusundadır və bütün gənc kişilər və qadınlara ünvanlanan birgə fəaliyyəti üçün qlobal çağırışdır: ?Bu gün dünyamız çoxlu sayda biri-biri ilə əlaqəli və gənclərin üzərinə qeyri-bərabər şəkildə ağır yük kimi düşən böhranlarla üzləşir. Məsələn, 2007-ci ildə dünyanın əmək qabiliyyətli əhalisinin 25 % təşkil edən gənclərin 40% işsizlikdən əziyyət çəkirdi. Qlobal iqtisadi tənəzzül nəticəsində yaxın gələcəkdə işsizlik daha da artacağı gözlənilir. İşsizlik dərəcəsi məsələnin sadəcə bir tərəfidir və inkişaf etməkdə olan ölkələrin gənclərinin çoxu üçün ciddi problemdir. Onlar üçün qeyri-rəsmi, etibarsız, aşağı maaşlı iş bir həyat normasıdır, istisna deyil. İqlim dəyişikliyi isə bu arada dünya ölkələrinin iqtisadiyyatları təhlükə altına almaqla onları qorxunc sarsıntılarla hədələyir və hər bir gəncin çiyninə ədalətsiz ?ekoloji borc? yükləyir. Bu isə öz növbəsində çox ağır yükdür?. Baş katib bəyan edib ki, doğurdan da gənclər davamlı inkişaf yolunda əsas tərəfdaş olduqlarını artıq sübuta yetiriblər. Onlar Davamlı İnkişaf Komissiyası kimi beynəlxalq forumlarda yaxından iştirak edir və öz hökumətləri və cəmiyyətlərinə yoxsulluğun azaldılması strategiyaları, sahibkarlıq proqramları, müxtəlif layihələr və təşəbbüslərin həyata keçirilməsində köməklik göstərirlər: ?Gənclər ən çox ətraf mühitə zərər verməyən sağlam həyat tərzləri və mobil cihazlar, internetdəki sosial şəbəkələr kimi yeni texnologiyalardan daha səmərəli istifadə etmələri ilə yada salınırlar. Onlar bizim tam dəstəyimizə layiqdir: gəncləri təhsillə, müvafiq səhiyyə xidmətləri, iş yerləri, maliyyə xidmətləri və ictimai həyatda iştirak etmə imkanları ilə tam şəkildə təmin olunmalıdırlar. Davamlılıq bizi irəliyə aparacaq ən ümidverici yoldur və gənclər də bu yolda rəhbərlik edə bilərlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA