Metyu Brayzanın regiona səfəri bazlayır

img

07-08-2009 [01:14]


Bu gündən ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayzanın Cənubi Qafqaz regionuna səfəri başlayır. Metyu Brayza əvvəlcə Ermənistana yollanacaq. Onun bu ölkədə baş tutacaq "Euroforum" adlı konfrans çərçivəsində avropalı və erməni tələbələrlə görüş keçirəcəyi, regional münaqişələr barədə fikir mübadiləsi aparacağı gözlənilir. Bundan başqa, diplomatın yerli jurnalistlərlə də görüşəcəyi də nəzərdə tutulub. Avqustun 10-dan sonra isə, həmsədr Azərbaycana gələcək. Onun prezident İlham Əliyevin və xarici işlər naziri Elmar Məmmədyarovun qəbulunda olacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA