Mübariz Qurbanlı: "Hakimiyyətin apardığı uğurlu siyasət Ermənistanı sülhə məcburetmə siyasətidir"

img

07-08-2009 [12:02]


?Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ məsələsi, işğal olunmuş ərazilər, xalqın və məcburi köçkünlərin problemlərinin həlli və digər məsələlər bu gün Azərbaycan vətəndaşının diqqət yetirdiyi ən öncül məsələlərdən biridir. Vətəndaşlar bu məsələyə çox diqqət yetirirlər. Bu, hər birimiz üçün bir nömrəli məsələdir. Hər bir Azərbaycan vətəndaşı, seçicisi də Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyev siyasətinin davamçısı kimi bu yöndə çox ciddi irəliləyişlərə nail olduğunu görür?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı ?Gallup?ın keçirdiyi rəy sorğusuna münasibətində bildirib. Mübariz Qurbanlı qeyd edib ki, hakimiyyətin apardığı uğurlu siyasət Ermənistanı sülhə məcburetmə siyasətidir: "Bu siyasət, Ermənistanı sülh bağlamağa məcburetmə siyasəti əgər iqtisadi, psixoloji, diplomatik və digər vasitələrlə öz həllini tapmırsa, deməli bunun həlli sonuncu variant kimi hərbi yolla gündəmdə qalır. Bu gün Azərbaycan Prezidentinin siyasəti xalqın, vətəndaşın, seçicinin hər birinin müdafiə etdiyi, bəyəndiyi siyasətdir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA