Müsavat Ağasif Şakiroğlunun qanunusuz həbsinə etiraz əlaməti olaraq aksiya keçirəcək

img

05-08-2009 [03:34]


Müsavat Partiyasının üzvü, ?Hədəf? Gənclər Koalisiyasının sədri Ağasif Şakiroğlunun həbsi müxalifət düşərcəsində ciddi narahatlığa səbəb olub. Müsavat Partiyasını gənc fəalın həbsinə etiraz əlaməti olaraq, piket keçirməyi qərarlaşdırıb. Müsavat Partiyasının mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə xadil olan məlumata görə, Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə və ?Sərbəst toplaşmaq azdlığı haqqında? Azərbaycan Respublikasının Qanununa əsasən Müsavat Partiyası Gənclər Təşkilatı 11 avqust 2009-cu il tarixində saat 12:00-dan 12:30-dək Bakı Şəhəri Hərbi Komissarlığının yerləşdiyi binanın qarşısında Müsavat Partiyası Gənclər Təşkilatının üzvü, ?Hədəf? Gənclər Koalisiyasının sədri Ağasif Şakiroğlunun qanunusuz həbsinə etiraz əlaməti olaraq piket keçirmək niyyətindədir. Piketdə ?Gənc müsavatçıya azadlıq!?, ?Gəncliyə təzyiqlərə son!? şüarları səsləndiriləcək. Aksiyada 2000 nəfərin iştirakı gözlənilir. Qeyd edək ki, bu gün Müsavat Partiyası Gənclər Təşkilatı Ağasif Şakiroğlunun həbsi ilə bağlı bəyanat da yayıb: ?Müsavat Partiyası Gənclər Təşkilatı bu həbsin səbəbinin fərqli siyasi düşüncə ilə bağlı olduğu qənaətindədir. Və bu həbsin hakimiyyət tərəfindən müstəqil müxalifətçi gəncliyə növbəti represiyalar dalğasının bir hissəsi kimi qiymətləndirir. Müsavat Partiyası Gənclər Təşkilatı ölkədə baş verən özbaşınalığa, qanunsuzluğa və gələcəkdə baş verə biləcək xoşagəlməz olaylara görə bilavasitə qeyri-demokratik hakimiyyəti cavabdeh sayır. Bir daha bəyan edirik ki, iqtidarın müxalifətçi gəncliyə qarşı atacağı hər hansı qeyri-qanuni addımına qarşı Konstitusiyamızın bizə verdiyi bütün hüquqlardan istifadə etmək haqqını özündə saxlayır. Ümumiyyətlə son vaxtlar Azərbaycanda baş verən ictimai-siyasi məsələlər fonunda gənclərə, xüsusən də müsavatçı gənclərə qarşı təqib və təzyiq faktları əhəmiyyətli dərəcədə artmışdır. Mətbuatda və bizdə bu faktları sübut edən kifayət qədər dəlillər mövcuddur.Biz, habelə Azərbaycanda fəaliyyət göstərən bütün xarici ölkə səfirliklərinə, beynəlxalq təşkilatların nümayəndəliklərinə və insan hüquqlarının qorunması ilə məşğul olan Qeyri-Hökumət Təşkilatlarına müraciət edərək son vaxtlar müsavatçı gənclərə və ümumiyyətlə gənclərə qarşı edilən qanunsuz həbslərin, təqiblərin, zorakılıqların qarşısının alınmasında və bu hadisələrin araşdırılıb hüquqi qiymət verilməsində bizə yardımçı olmalarını xahiş edirik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA