Mahmud Əhmədinejad and içərək vəzifələrinin icrasına bazlayıb

img

05-08-2009 [11:59]


İranda yenidən prezident seçilən Mahmud Əhmədinejad and içərək vəzifələrinin icrasına başlayıb. Bu barədə məlumatı "CNN Türk" yayıb. Andiçmə zamanı islahatçı namizəd Mir Hüseyn Musəvinin tərəfdarları parlament binasının qarşısına toplaşıblar. Polis hələlik toplaşanlara qarşı hər hansı bir müdaxilə etməyib. İran müxalifəti bu gün paytaxt Tehranda Əhmədinejada qarşı geniş miqyaslı aksiyalar keçirməyi planlaşdırır. Qeyd edək ki, ötən gün ABŞ da Əhmədinejadı İran prezidenti olaraq tanıyıb, amma prezident seçilməsi münasibəti ilə təbrik etməyib. Fransa, Almaniya və İngiltərə isə İran prezidentini təbrik etməyəcəklərini açıqlayıblar. Xatırladaq ki, İranda prezident seçkisi iyun ayının 12-də keçirilib. Seçkinin nəticəsinə görə, Mahmud Əhəmdinejad seçicilərin 60 faizindən çoxinin səsini toplayaraq yenidən prezident seçilib. Nəticələrlə razılaşmayan müxalifət isə küçələrə çıxıb. Baş vermiş toqquşmalar nəticəsində 20 nəfər ölüb, yüzlərlə adam yaralanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA