Mahmud Əhmədinejad rəsmən iranın prezidenti oldu

img

03-08-2009 [05:25]


İranın dini lideri Ayətullah Əli Hamaney 12 iyunda keçirilən prezident seçkisində qələbə qazanan Mahmud Əhmədinejadın ikinci dəfə prezident seçildiyini rəsmi olaraq təsdiqləyib. CNN Türk-ün məlumatına görə, bu barədə ərəbcə yayımlanan Əl Aləm televiziyası xəbər verib. Avqustun 5-də isə Əhmedinejad parlamentdə and içəcək. Andiçmədən sonra isə iki həftə ərzində Əhmədinejad parlamentə yeni hökumətun tərkibini təqdim etməlidir. Aralarında keçmiş prezident Haşimi Rəfsəncaninin də olduğu iranlı müxalifətçilər isə seçkidə saxtakarlıq edildiyinə görə bugünki mərasimi boykot edəcəklərini söyləmişdilər. Əl Aləm televiziyası xəbər verib ki, Rəfsəncani, Mir Hüseyn Musəvi və Mehdi Kərrubi kimi müxalif liderlər bugünki mərasimdə iştirak etməyiblər. Xatırladaq ki, prezident seçkisində məğlub olan digər namizədlər Musəvi və Kərrubi, yeni hökumətin qeyri-qanuni olduğunu bildiriblər. Prezident seçkisinin rəsmi nəticələrinə görə, Əhmedinejadın səslərin 63, Musəvi isə 34 faizini əldə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA