Hafiz Hacıyev isa Qəmbərin AXC-nin bərpasına mane olduğunu iddia edir

img

03-08-2009 [05:20]


?Mən həmişə istəmişəm ki, müxalifətlə iqtidar arasında anlaşma yaransın, barışıq olsun. Əgər bu gün böyük güclər Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycana təzyiq göstərirsə, milli qüvvələr bir araya gəlməlidir. Bu birliyə nail olmaq üçün bütün variantlara əl atmalıyıq?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib. H.Hacıyev bildirib ki, bir müddət öncə gündəmə gələn Xalq Cəbhəsinin yaradılması ideyasını bu gün də dəstəkləyir: ?Mən yenə də deyirəm, keçmişdə ünvanına sərt fikirlər işlətdiyim insanlardan üzr istəyə bilərəm. İsa Qəmbər Xalq Cəbhəsi ideyasını ortaya atandan sonra bir sıra cəbhəçilər mənim yanımda oldu, o cümlədən mənim çox hörmət etdiyim Pənah Hüseyn də mənimlə telefon əlaqəsi yaratdı. Belə qərara gəldik ki, bu, çox gözəl ideyadır, onu canlandırmaq lazımdır?. MMP sədri onu da bildirib ki, müəyyən müddət keçsə də, qarşı tərəfdən heç bir cavab gəlməyib. Onun sözlərinə görə, əksinə olaraq müxalifət liderləri ?üzr istəmək? məsələsini qabartmağa çalışaraq, məsələni başqa yerə yozublar. H.Hacıyev milli qüvvələrin bir araya gəlməsinə Müsavat Partiyasının Mane olduğunu da vurğulayıb: ?Nə qədər ki, Müsavat Partiyası var, Azərbaycanda milli qüvvələrin birliyi qətiyyən mümkün olmayacaq. Ona görə ki, ordakılar düşünürlər ki, onlar yoxdurlarsa, heç bir şeyə nail olmaq olmaz. Arif Hacılının Milli Müqavimət Hərəkatanın Müsavatsız yaradılmasının mümkünsüzlüyü barədə açıqlama verməsi də bunun göstəricisi idi. Bu gün İsa bəy özü tərəfindən irəli sürülən təklifin reallaşmasına qısqanclıqla yanaşır. Bunun həyata keçməsi üçün real addımlar atmaq istəmir. Bu məsələ ictimaiyyət arasında narahatlıq yaradır. Mən istəməzdim ki, İsa bəy ?parçalanma yaradan? damğasını öz üzərinə götürsün. Çünki bu günə kimi çox səhvlər edib, heç olmasa, bu yaşında səhvlərə yol verməsin. Öz fikirlərini Arif Hacılının dili ilə deməsin. Hər halda birlik yaransa, bütün problemlərin öhdəsindən asanlıqla gələrik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA