Mixail Saakazvili: ?Rusiya məni hakimiyyətdən devirmək ümidlərindən əl çəkmir?

img

03-08-2009 [02:22]


Gürcüstan Abxaziya və Cənubi Osetiyaya qarşı yeni müharibəyə başlamayacaq. Müstəqil İnformasiya Agentliyinin məlumatına görə, bu barədə prezident Mixail Saakaşvili ?Röyter? agentliyinə verdiyi müsahibədə bildirib. Onun sözlərinə görə, Tbilsinin ölkənin ərazi bütövlüyünü güc vasitəsi ilə bərpa etmək barədə hər hansı planları yoxdur. ?Məsələ ondadır ki, bu dünyada Rusiyanın iştirakı ilə kimsə müharibə istəyirmi və cavab aydındır ??yox??deyə Saakaşvili verdiyi suala özü cavab verib. O qeyd edib ki, Gürcüstanın bu mövqeyini ABŞ da dəstəkləyir. Gürcü lideri əlavə edib ki, Rusiya onu hakimiyyətdən uzaqlaşdırmaq ümidlərindən əl çəkmir, bu isə həyəcan doğurur. Saakaşvili avqust müharibəsindən sonra hakimiyyətdə qalmasını ?tam fövqəltəbii yaşam tarixi? adlandırıb. ?Baxmayaraq ki, məni bədənimin müxtəlif yerlərimdən asmağa and içiblər ( RF baş naziri Vladimir Putin nəzərdə tutulur) mən əvvəlki kimi öz postundayam?-deyə Saakaşvli bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA