ilqar Məmmədov Azərbaycanın Kollektiv Təhlükəsizlik Şurasına üzv olacağına inanmır

img

03-08-2009 [02:12]


?Düşünürəm ki, Azərbaycanın indiki halda Kollektiv Təhlükəsizlik Şurasına üzv olması mümkün deyil. Düzdür, Rusiya bu məsələ ilə bağlı çox cəhdlər göstərir. Çox təəssüf ki, üzvlük məsələsi ilə bağlı Azərbaycan rəhbərliyi Kremlə tərəfə meyllənib?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə politoloq İlqar Məmmədov Azərbaycanın Kollektiv Təhlükəsizlik Şurasına üzv olacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən bildirib: ?Bu meyllənmənin nəticəsi kimi, bu haqda nə vaxtsa, ciddi müzakirələr başlayarsa, düşünürəm ki, Azərbaycan rəhbərliyi ölkə daxilində ciddi problemlərlə qarşılaşacaq?. Politoloq onu da bildirib ki, Rusiya Dağlıq Qarabağı Azərbaycandan alıb, Ermənistana müvvəqəti təslim etmiş dövlətdir: ?Hesab edirəm ki, Rusiyanın rəhbərliyi altında yaradılmış Kollektiv Təhlükəsizlik Şursı qeyri-ciddi qurumdur. Buraya üz olan dövlətlərin hüquqları qorunmur. Adıçəkilən qurumda demokratiyadan danışmaq çox gülüncdür və burada Rusiyanın avtoritarizm ideyaları hökm sürür?. İ.Məmmədov deyib ki, Azərbaycan indiki halda Avroatlantik inteqrasiya yolunu tutmalıdır: ?Azərbaycan düzgün siyasət sayəsində NATO-ya üzv olmalıdır. Çünki bu quruma daxil olan dövlətlərin hüquqları və müdafiəsi demokratik prinsiplər əsasında qorunur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA