31-07-2009 [07:21]
?AzərRos? Azərbaycanlıların Rusiyada Milli-Mədəni Muxtariyyətinin prezidentinin nümayəndəsi Vladimir Jirinovski və onun başçılıq etdiyi Rusiya Liberal-Demokraik Partiyasının məhkəmə baxışı zamanı Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinin sahiblərinə, başçılarına və jurnalistlərinə açıq məktubla müraciət edib.
[b]Oleq Kuznetsovun müraciətində deyilir:[/b]
?Hörmətli cənablar!
Moskva şəhərinin Yerli Rayon məhkəməsində (federal hakim O.Vereşak) Rusiyanın Liberal-Demokratik Partiyası və onun sədri Rusiya Federasiyasının Federal Məclisinin Milli Dumasının vitse-spikeri Vladimir Jirinovskiyə qarşı Azərbaycan xalqını təhqir etdiyinə görə ?AzərRos? Azərbaycanlıların Rusiyada Milli-Mədəni Muxtariyyətinin prezidenti Söyün Sadıxovun iddiası əsasında məhkəmə davam edir.
İddia ərizəsinin verilməsinin səbəbi V.Jirinovskinin 2007-ci ildə ikinci dəfə çap olunmuş və 2008-ci ilin parlament seçkilərində seçkiqabağı təbliğat zamanı material kimi istifadə olunmuş ?Cənuba sonuncu həmlə? broşurasının 38-40-cı səhifələrində yazılmış ifadələrdir.
Verilmiş ifadələr Azərbaycan xalqının hamıya məlum olan tarixi faktlarını təhrif edir, onun milli ləyaqətini alçaldır, onun üzərinə 1992-1994-cü illərdə erməni xalqına münasibətdə guya mövcud olmuş təcavüzkarlığı qoyur, bundan başqa azərbaycan xalqının türk xalqı ilə birlikdə cənubi Qafqazın erməni əhalisini Ön və Mərkəzi Asiya, Cənubi Qafqaz, Volqaboyu, Cənubi Sibir və Baykalyanı dövlətlərin türk xalqlarını birləşdirə biləcək vahid türk dövləti ? Turanın yaradılmasında yeganə etnik və dini maneyəçilik kimi fiziki şəkildə məhv etməyə can atmasını göstərir.
İddiaçının fikrinə görə, V. Jirinovskinin azərbaycan xalqının nümayəndələrinin milli şərəf və insani ləyaqətini ən ədəbsiz şəkildə alçaldan ifadələri aşağıdakılardır: ?Bəs azərbaycanlılar və ermənilər arasındakı toqquşmalar?Bu nə vaxta kimi baş verəcək? Erməni xalqının məhv edilməsinə kimi? Lakin artıq türklər yox, digər türkdilli xalq olan azərbaycanlılar tərəfindən. Axı, azərbaycanlılar və türklər eyni xalqdır. 1915-ci ildə türklər 1,5 million ermənini qırdılar, azərbaycanlılar isə 1988-ci ildən hələ də qırırlar. Türklər bunu 3 gecəyə etdilər, azərbaycanlılar isə bunu 15 il edəcəklər.Və erməni dövlətini məhv etmək üçün erməniləri tamamilə məhv etməyə çalışacaqlar? (səh. 39).
?Azərbaycanlılar nədir? Xəzər dənizinin sahillərində yaşamış tayfa. Bu ölkə adı deyil, bu sadəcə hansısa vətəndaşların yaşadıqları ərazinin göstəricisidir. Bu Sokolnikinin əhalisinə bənzəyir: xalq, millət. Sokolniki ? sadəcə Moskvanın rayonudur. Azərbaycan da həmçinin. O, Xəzər dənizinin sahillərində olan yaşayış rayonudur? (səh. 40).
Faktiki olaraq, cavabdeh öz nəşrində Azərbaycan xalqını Cənubi Qafqazda hərbi-siyasi qeyri-sabitliliyin əsas səbəbi olan beynəlxalq təcavüzkarlığın mənbəyi qismində təqdim edir və onun mövcud olmaq, xalq adını daşımaq hüququnu, milli-ərazi müqəddəratını təyin etmə və mədəni xüsusiyət hüququnu, beynəlxalq hüququn subyekti olmaq hüququnu əlindən alır.
İddiaçı məhkəməyə yuxarıda göstərilən həqiqətə uyğun olmayan məlumatların qəbul olunması, V.Jirinovskinin kütləvi informasiya vasitələrində Azərbaycan xalqı qarşısında öz adından və RLDP adından azərbaycan xalqından üzr istəməsini, V.Jirinovskinin ?Cənuba sonuncu həmlə? broşürasının istifadəsinin RLDP tərəfindən qadağan olunmasını və mənəvi zərərin və əzabın kompensasiyası qismində 100 min rubl dəyərində pul ödəməsini nəzərdə tutan iddia tələbi ilə müraciət etmişdir.
Rusiya Federasiyasının mülki-prosessual qanunvericiliyinin normalarına uyğun olaraq, sübut etmə yükü mühakimə üsulunun tərəfləri üzərindədir, yəni hər iki tərəf məhkəmədə öz hüquqi mövqeyini sübut etməlidir. Sübutlar ? işin düzgün baxılması və həll olunması üçün əhəmiyyətli olan halların mövcud olub-olmaması və digər faktlar haqqında məlumatlardır. Eyni zamanda, məhkəmə tərəfindən ümumtanınmış qəbul edilmiş halları sübut etməyə ehtiyac yoxdur. Bunlara kütləvi informasiya vasitəsilə yayılan və həmin mənbəni göstərən rəsmi mənbələrdən olan məlumatlar aiddir.
Bu gün iddiaçı tərəf Azərbaycanda Dağlıq Qarabağ konflikti və ondan sonra baş verən Azərbaycan torpaqlarının işğalında şəhid olmuş və yaralanmış vətəndaşların dəqiq sayı, Dağlıq Qarabağ və onun ətrafında yerləşən rayonlardan olan qaçqın və məcburi köçkünlərin sayı, erməni tərəfinin sülh rejimini müntəzəm pozması və bu silahlı provokasiyanın qurbanı olmuş insanlar haqqında Müdafiə Nazirliyi, Milli Təhlükısizlik Nazirliyi, Baş Prokurorluq, Qaçqın və məcburi köçkünlərin məsələləri üzrə dövlət Komitəsi və Azərbaycan Respublikasının digər rəsmi strukturlarından məlumat almaqda obyektiv çətinlik çəkir. Bizi həmçinin işğal altında qalmış ərazilərdə Azərbaycan əhalisinə qarşı olan hərbi cinayət və işğal olunmuş torpaqlarda olan ictimai vəziyyət maraqlandırır. Bu məlumatlar bizə V.Jirinovskinin azərbaycanlıların erməni xalqını sistemli olaraq məhv etməsi barədə yazdığı fikirin cəfəngiyyat olmasını sübut etmək üçündür.
Təəssüf ki, Azərbaycan Respublikasının rəsmi hakimiyyəti və onun Rusiya Federasiyasında olan diplomatik nümayəndəlikləri bizə müvafiq informasiya verməyə tələsmirlər, halbuki, biz bu xahişlə Azərbaycanın Moskvadakı səfirliyinə müraciət etmişdik. İndiyədək rəsmi cavab hələ almamışıq. Bu bizim ölkələrimizin prezidentlərinin rəsmi görüşləri zamanı Azərbaycan diplomatlarının üzərinə düşən vəzifə və məsuliyyətlə bağlıdır. Azərbaycanın müvafiq humanitar müəssisələrinin rəhbərlərinə müraciət hal-hazırda mümkün deyil, çünki bunun üçün işə baxan hakimin məzuniyyətdə olması səbəbindən ala bilmədiyimiz məhkəmə sorğusu tələb olunur.
Eyni zamanda avqustun 24-ə təyin olunmuş məhkəmə iclasının vaxtı yaxınlaşır və biz məhkəmədə erməni separatistlərinin Dağlıq Qarabağ konfliktini qızışdırmaları və Azərbaycanın böyük hissəsinin etnik ermənilər tərəfindən işğalı zamanı Azərbaycana dəymiş maddi zərərin mövcudluğu və böyüklüyünə görə məsuliyyəti daşıdığını təsdiq edən dəlil kimi istifadə oluna biləcək, sənədlə sübut olunmuş konkret faktların çatışmadığını hiss edirik. Bu o demək deyil ki, bizdə bu məlumatlar yoxdur. Onlar bizdə var, lakin, təəssüf ki, onların məhkəməyə dəlil kimi təqdim olunması üçün, kifayət qədər sənəd kimi rəsmiləşdirilməyib.
Beləliklə, bu işdə Azərbaycan Kütləvi İnformasiya Vasitələrinin hansı köməyinə arxalanırıq?
Birincisi, bilirik ki, Azərbaycan Respublikası Təhlükəsizlik Nazirliyinə istinad edən Azərbaycan Kütləvi İnformasiya Vasitələri münaqişə zonasında atəşkəs rejiminin ermənilər tərəfindən daim pozulması ─ Azərbaycan ordusunun mövqelərinin atəşə tutulması, hərbi qulluqçuların yaralanması və həlak olması (çox vaxt adlarını qeyd etməklə), eləcə də Ermənistan-Azərbaycan cəbhəsində baş verən insidentlərin ümumi statistikası barədə müntəzəm olaraq məlumat verirlər. Belə informasiyanın sistemləşdirilməsi və analizi üçün texniki şəraitimiz olsa da, obyektiv səbəblərdən bunu edə bilmirik, çünki kifayət qədər gücümüz, vaxtımız və resursumuz yoxdur. Hətta bu işi müstəqil həyata keçirməyi bacarsaydıq belə, Kütləvi İnformasiya Vasitəsi kimi fəaliyyət göstərmədiyimizə görə işin nəticələrinin məhkəmə tərəfindən sübutsuz olaraq qəbul olunması üçün bu nəticələrə ?hamıya məlum olan səbədən? hüquqi statusunu verə bilməzdik.
Buna görə də biz atəşkəs zonasında uzun müddətdir baş verən ( ideal halda müvəqqəti sülhün imzalandığı vaxtdan) silahlı toqquşmalar, onların nəticələri barədə ümumi məlumatı tərtib etmək, onları rəsmi blankda çap etmək və hüquqi mövqeyimizin əsaslandırılması üçün məlumatların sırasına daxil etməyimiz üçün avqustun 15-ə kimi bizə təqdim etmək üçün cəsarəti, vətəndaş məsuliyyəti və peşəkarlığı olan istənilən Azərbaycan Kütləvi İnformasiya Vasitəsinin informasiya dəstəyini qəbul etməyə hazırıq.
İkincisi, bilirik ki, Dağlıq Qarabağ və Azərbaycanın ona yanaşı işğal olunmuş əraziləri ekoloji və ictimai fəlakət həddindədir. O cümlədən, BMT-nin Ümumi Assambleyasının sənədləri də bunu təsdiq edir.
Rixard Ebert Fondunun tədqiqatlarının hesabatlarını yuxarıda qeyd olunmuş səbəbə görə, məhkəmədə bilavasitə ?hamıya məlum olan hadisə? kimi istifadə oluna bilməz. Kütləvi İnformasiya Vasitələrinin yaydığı bu məlumatların sənəd şəklində təsdiqi tələb olunur.
Bu sualla əlaqədar olaraq ermənilərin işğal etdiyi Azərbaycan ərazilərində ictimai və ekoloji vəziyyətdən sözün əsl mənasında narahatlıq keçirən istənilən Kütləvi İnformasiya Vasitələrinin informasiya dəstəyini yuxarıda göstərilmiş vaxtda alacağımıza ümid edirik.
Məhkəmə göstərilən məlumatları aldıqdan sonra onları hamıya məlum hadisə kimi təsdiq etməsə, onların gerçəklik və ehtimal olduğunu yoxlamalı və bunun üçün Azərbaycanın müvafiq strukturlarına rəsmi sorğu göndərməli olacaq. Həmin strukturlar sorğunu aldıqdan sonra məhkəməyə təqdim olunmuş doğruluğunu təsdiqləyəcək. İstənilən halda ─ gec-tez Azərbaycan tərəfinin hüquqi cəhətdən haqlı olduğu sübut olunacaq.
Əminəm ki, rusiyalı hüquqşünasların və azərbaycanlı jurnalistlərin səylərini birləşdirməklə Azərbaycan xalqını Cənubi Qafqazda hərbi-siyasi təhlükənin əsas mənbəyi olduğunu irəli sürməyə çalışan V.Jirinovskinin iddialarının absurd və yalan olduğunu sübut edə biləcəyik?.