Gənclər Ermənistanla aparılan sülh danızıqlarının dayaındırılmasını tələb edir

img

30-07-2009 [05:07]


Bu gün ?Hədəf? Gənclər Koalisiyasının İdarə Heyətinin iclası keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, IH toplantısında Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Ermənistanla aparılan sülh danışıqlarının dayandırılmasını tələb edən bəyanat qəbul edilib. Bəyanatda danışıqların problemin ədalətli həlli üçün heç bir perspektiv vəd etmədiyi qeyd olunur. Həmçinin İdarə Heyətinin toplantisinda gənc blogerlər Adnan Hacızadə və Emin Millinin həbsi və Gənclərin pozulmuş hüquqlarının bərpası geniş müzakirə edilib. İH-nin iclasında qəbul olunan bəyanatda qeyd olunur ki, ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin vasitəçiliyi ilə aparılan müzakirələrin gedişi göstərir ki, Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə həlli yoxdur və mümkün deyil: ?Azərbaycan tərəfi Ermənistanın öz işğalçılıq siyasətinə son qoymadığını, danışıqlar prosesində qeyri-konstruktiv və beynəlxalq hüququn prinsiplərinə ziddi mövqe sərgilədiyini əsas gətirərək təcavüzkar dövlətlə aparılan danışıqları dayandırdığını rəsmən elan etməli, peşəkar ordu quruculuğu istiqamətində ciddi addımlar atmalı və büdcənin 30 faizini silahlı qüvvələrin daha yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsi üçün ayırmalı, Azərbaycan xalqını təslimçi sülhə deyil, öz torpaqlarını azad etmək üçün səfərbər olmağa, şərəfli qələbə qazanmağa hazırlamalıdır!?. ?Hədəf? Gənclər Koalisiyasinin rəhbərliyi hesab edir ki, Ermənistanla danışıqların bərpası yalnız o zaman mümkün ola bilər ki, təcavüzkar ölkə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsin və işğal etdiyi Azərbaycan torpaqlarını azad etsin!

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA