Gürcüstandakı səfirimiz Namiq Əliyev azərbaycanlıların yazadığı kəndlərə baz çəkib

img

30-07-2009 [01:10]


Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev Şida-Kartli regionunun Muxet və Kasp rayonuna səfər edib. Bu barədə məlumat Müstəqil İnformasiya Agentliyinə Azərbaycanın Gürcüstandakı səfirliyindən daxil olub. Səfir N.Əliyev səfər çərçivəsində Çixidziri, Sakadaqiano, Xidiskuri, Ferma, Çanqilari kəndlərində olub. Qeyd edək ki, bu kəndlərdə əsasən azərbaycanlılar yaşayır. Səfir adıçəkilən kəndlərdə yerli əhali ilə görüşlər keçirib və onların problemləri ilə maraqlanıb. N.Əliyev azərbaycanlıların yaşadığı kəndlərdə məktəblərin maddi-texniki bazası, yolların vəziyyəti, su, qaz problemləri ilə mararaqlanıb və sakinlərin iş təminatı barədə fikir mübadiləsi aparıb. Səfirlikdən Çixisdzir və Ferma kəndlərinin kitabxanalarına kitablar hədiyyə edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA