Azərbaycanlı gənclər istanbul Universitetinin tələbələri ilə əməkdazlıq edəcək

img

30-07-2009 [12:48]


Bu günlərdə İstanbul Universitetinin Tələbə Dərnəyinin dəvəti ilə Gənclər üçün Təhsil Mərkəzinin nümayəndə heyəti Türkiyəyə səfər edib. Əsas məqsədi Azərbaycan və Türkiyənin tələbə və gənclər təşkilatları arasında birgə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi olan səfər proqramında Mərkəzi Rasim Ağayev və Elnur Axundov təmsil edib. Mümtəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu gün başa çatan səfər proqramı çərçivəsində nümayəndə heyətimiz İstanbul Universiteti və onun tələbə dərnəyi ilə yaxından tanış olmuş, dərnəyin iş prinsiplərini öyrənmiş, geniş fikir mübadilələri aparmış və bir sıra məsələlər üzrə razılıq əldə ediblər. Qeyd edək ki, İstanbul Universitetinin tələbə dərnəyi uzun müddətdir fəaliyyət göstərir və müstəqil olaraq dünyanın nəhəng maliyyə qurumları ilə sıx əməkdaşlıq etməkdədir. Qarşılıqlı əməkdaşlıq niyyətində olan tərəflər səfərin yekunu olaraq bir neçə beynəlxalq layihənin həyata keçirilməsini qərara almış və birgə işçi qrup yaradıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA