VHP Qarabağ mövzusunda elmi-nəzəri konfrans keçirəcək

img

30-07-2009 [12:29]


Vətəndaş Həmrəyliyi Partiyası və Norveçdə fəaliyyət göstərən Qüzey-Güney Azərbaycan Siyasi Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə avqustun 4-də, saat 11:30-da ?Dağlıq Qarabağ probleminin həllində siyasi partiyaların və QHT-lərin rolu və vəzifələri? mövzusunda elmi-nəzəri konfrans keçiriləcək. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Azərbaycandakı əksər ictimai-siyasi təşkilat rəhbərlərinin, həmçinin Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, Diaspora Komitəsi rəsmilərinin, millət vəkillərinin, ziyalı və hərbçilərin, Türkiyə və Norveç səfirlərinin dəvətli olduğu tədbirdə Dağlıq Qarabağ probleminin həllinə yardım üçün ümumi bir konsepsiyanın qəbul ediləcəyi gözlənilir. Tədbirdə qonşu ölkələrin hərbi mütəxəsislərinin iştirakı da nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA