"ABŞ Konqresində Azərbaycan üzrə izçi qrupu üzvlərinin sayı artırılmalıdır"

img

29-07-2009 [04:18]


"Azadlığa Dəstək Aktına 907-ci düzəlişin aradan qaldırılması səylərinin irəliləməsi üçün Konqresdə Azərbaycan üzrə işçi qrupu üzvlərinin sayı 100-120 nəfərə çatdırılmalıdır". Qrupun həmsədri konqresmen Bill Şuster belə fikirdədir. Pensilvaniyalı qanunverici işçi qrupunun fəaliyyəti barədə ABŞ-Azərbaycan Ticarət Palatasının Vaşinqtonda təşkil etdiyi brifinqdə 907-ci düzəlişlə bağlı Konqres üzvləri arasında məlumatlandırma prosesinin davam etdirilməsinin vacibliyini vurğulayıb. "Birləşmiş Ştatlarla ən çətin anlarda strateji tərəfdaşlıq edən Azərbaycan ilə enerji, təhlükəsizlik, sabitlik üzrə maraq birliyinin şahidi olan Konqres üzvləri 907-ci düzəlişin aradan qaldırılması barədə təşəbbüsə qoşulmağa daha çox meyl edəcəklər". ABŞ paytaxtının nüfuzlu siyasi və biznes dairələrinin nümayəndələri qarşısında çıxış edən Bill Şuster Azərbaycanın strateji cəhətdən çox əlverişli mövqedə yerləşməsinin və təbii ehtiyatlarının qlobal təhlükəsizlikdə əhəmiyyətini xüsusi qeyd edib. Konqresmen 2008-ci ilin yanvar ayında bir qrup həmkarı ilə Azərbaycana səfərininin ölkəmiz haqqında təsəvvürünü tamamilə dəyişdiyini qeyd edib. Onun sözlərinə görə, ABŞ-Azərbaycan münasibətlərinin mühüm cəhətlərindən biri də demokratiya quruculuğudur. Bu isə, uzun və mürəkkəb prosesdir. ?Amerikalılar çox vaxt unudurlar ki, biz bu gün əldə etdiyimizə 230 il ərzində nail olmuşuq. Azərbaycanda hər şey ideal deyildir. Lakin inanıram ki, Azərbaycan demokratiya quruculuğunu addımba-addım davam etdirəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA