Ermənistan prezidenti Türkiyə hökumətinə zərt qoyub: ?Sərhədləri açın, Türkiyəyə gəlim?

img

29-07-2009 [02:04]


Ermənistan prezidenti Serj Sərkisyan Tükiyə səfəri ilə bağlı rəsmi Ankaraya şərt qoyub. Belə ki, Sərkisyan ?Mən ancaq sərhədlər açıq olacağı təqdirdə Türkiyəyə gedəcəyəm? deməklə, Türkiyə hökumətinə mesaj göndərib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Ermənistan prezidenti bu bəyanatı İrəvanda Serbiya prezidenti Boris Tadiçlə keçirdiyi birgə mətbuat konfransı zamanı səsləndirib: ?Türkiyənin dəvətini yalnız əldə olunan razılaşmaların yerinə yetirilməsi şərti ilə qəbul edə bilərm. Yəni ancaq sərhədlərin açılması və ya Ermənistanla bağlı blokadanın götürülməsi ərəfəsində Türkiyəyə gedə bilərəm?. Məlumat üçün bildirək ki, oktyabrın 14-də futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Türkiyə milli komandası ilə Ermənistan komandası üz-üzə gələcək. Bu matçı izləmək üçün Ermənistan prezidenti Sərkisyan da dəvət olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA