Güclülər üçün heç vaxt beynəlxalq hüquq izləməyib

img

27-07-2009 [03:42]


?İsraillə Suriya arasında heç bir sülh anlaşması ola bilməz?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə politoloq Zərdüşt Əlizadə İsrail-Suriya problemini şərh edərkən deyib: ?1967-ci il müharibəsində İsrail Ərəb ölkələri üzərində qələbə qazandı və onların böyük ərazilərini işğal etdi. Misirə ümumi ərəb cəbhəsindən, Fələstin məsələsindən geri çəkilmək müqabilində və İsraili tanımaqla onun Şimal yarımadasını qaytardı. Bu prinsip eynilə İordaniya və İraqda da təkrarlandı. Adıçəkilən dövlət Livanda vətəndaş müharibəsinin qızışdıraraq, onu da siyasi səhnədən çıxartdı. İndi Ümumi Ərəb Cəbhəsində təkcə Suriya və müqavimət göstərən Fələstinin HƏMAS təşkilatı qalıb. İsrail tutduğu Suriyanın yunan təpəliklərində artıq məskunlaşıb. Orada xeyli abadlıq işləri aparıb və yəhudiləri həmin əraziyə köçürüb. Ona görə də İsrail hökuməti yunan təpəliklərini qaytarmaq haqqında düşünmür. İsrailə təzyiq göstərən hər hansı bir qüvvə də yoxdur. Güclülər üçün heç vaxt beynəlxalq hüquq işləməyib. Heç kimə sirr deyil ki, ABŞ İsrailin tərəfindədir. Çünki Obama imkan vermir ki, Amerikanın daxili və xarici siyasəti 180 dərəcə dəyişsin. Bu münaqişənin uzanması elə Amerikanın daxili qüvvələrinə sərf edir. Suriyanın yunan təpəlikləri ilə bağlı başına gətirilən müsibət eynilə Azərbaycanın Qarabağla bağlı başına gətirilən müsibətlə müqayisə ediləndir?. Danışıqların Azərbaycan üzərindən getməsi ilə bağlı gəzən məlumatlara gəlincə, politoloq buna inanmadığını bildirib: ?Biz bu məsələdə özümüzü bir qədər aldadırıq. Əvvəla, bu problem 1967-ci ildə ortaya çıxanda Azərbaycan müstəqil dövlət olmayaraq, SSR-nin tərkibində idi. Bildiyiniz kimi, İsrail-Suriya danışıqlarında daha çox fəallıq edən dövlət Türkiyədir. Bundan əlavə, regionda əhəmiyyətli dərəcədə təsiri olan Avropa və Amerikadır. Vasitəçilikdə o dövlət olur ki, onun qarşı tərəfin yanında çox böyük hörməti olsun və sözü keçsin. Azərbaycanı isə bu məsələdə təsəvvür etmək çox gülüncdür?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA