istanbuldakı çin konsulluğu qarzısında etiraz aksiyası keçirilib

img

27-07-2009 [01:51]


Türkiyədə İstanbuldakı Çin konsulluğu qarşısında etiraz aksiyası keçirən uyğurlarla polis arasında qısa toqquşma olub. Uyğurlar polisin qurduğu səddləri yararaq konsulluğun darvazalarına yaxınlaşmaq istəyib. Nümayişçilər həmçinin Çin bayrağını da yandırıblar. Polis etirazçıları qovmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Polis aksiya iştirakçılarına sadəcə Çin konsulluğu qarşısına qara əkil qoymağa icazə verib. Etiraza səbəb çin hökümətinin uyğurlara qarşı apardığı siyasət olub. Xatırladaq ki, bu ayın əvvəlində Çində uyğurlarla xan mənşəli çinlilər arasında baş verən qarşıdurma sonda 200 nəfərin həlak olması ilə nəticələnib. Qeyd edək ki, Türkiyə geniş uyğur icmasının olduğu ölkələrdən biridir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA