Metyu Brayza: "Fəaliyyətimi Azərbaycanda davam etdirməkdən məmnun olardım"

img

25-07-2009 [03:57]


"Fəaliyyətimi Azərbaycanda davam etdirməyim çox gözəl olardı. Cənubi Qafqaza çox böyük marağım var". Bunu "Azadlıq" radiosuna müsahibəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza deyib. Brayza ABŞ-ın Azərbaycanda yeni səfiri təyin ediləcəyi barədə sualı cavablandırarkən şayiələrə əsas vermək istəmədiyini bildirib. Dövlət katibinin müavinin köməkçisi şəxsi məsələlrdən danışmaq istəmədiyini vurğulayıb. "Mən diplomatam. Mənim öz diplomatik fəaliyyətimi harada davam etdirəcəyim haqda qərarı prezident və dövlət katibi verməlidir. Bu il Vaşinqtondakı xidmətimin 13-cü ilinə başlayacam. Mən kənara çıxmalı və hadisələrin baş verdiyi meydanlarda xidmət etməliyəm. Ümid edirəm ki, onların fikrindən keçəni yaxın vaxtlarda biləcəm. Rəhbərlik məni hara göndərsə, orada da gedəcəm". Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifələrini Enn Dörsi icra edib. Bir müddət əvəll ABŞ prezidenti Barak Obama onu Amerikanın Litvadakı səfiri vəzifəsinə təyin edib. M.Brayza isə bu il həmsədr kimi fəaliyyətini başa vurmalıdır. Onun ABŞ-ın Azərbaycana yeni səfiri təyin ediləcəyi ilə bağlı məlumatlar mətbuatda uzun müddətdir səslənir. İlin sonuna qədər Minsk qrupunun iki həmsədri dəyişdiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA