Amerikalı konqresmen hesab edir ki, 907-ci düzəliz ləğv olunmalıdır

img

24-07-2009 [04:55]


ABŞ konqresinin Azərbaycana qarşı 907-ci düzəlişi ləğv olunmalıdır. ANS PRESS-in ?Turkishweekly?ə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı ABŞ Konqresinin Azərbaycan üzrə həmsədri, Texas ştatından olan konqresmen Solomon Ortiz bildirib. ?Mən hesab edirəm ki, 907-ci düzəliş ədalətsizlikdir, ABŞ-ın Azərbaycan kimi güclü müttəfiqinə və strateji əməkdaşına qarşı tətbiq olunmamalıdır?- deyə Ortiz bildirib. ABŞ tərəfindən 1992-ci ilin oktyabr ayında qəbul edilmiş "Azadlığın dəstəklənməsi aktı" qanununa 907-ci düzəliş hələ də qüvvədədir. 1997-2000-ci illər ərzində Klinton administrasiyası Konqresin 907-ci düzəlişi ləğv etməsi üçün dəfələrlə cəhd edib. Düzəlişin qüvvədə olması 2002-ci ildən ABŞ Prezidenti tərəfindən dayandırılır. 907-ci düzəlişin işi həmçinin 2009-cu ildə də dayandırılıb. Ortizin sözlərinə görə, son zamanlar prezident Obamanın Azərbaycan üzrə işçi qrupun qarşı çıxdığı və qarşı çıxmaqda davam etdiyi düzəlişdən imtina etməsi üçün çoxlu cəhdlər edilir. "Artıq 907-ci düzəlişin ləğv edilməsinin vaxtı gəlib çatıb", - konqresmen hesab edir. "Bu maddənin ləğvi ABŞ-Azərbaycan münasibətlərinin gələcək möhkəmlənməsinə əngəl olan əsas maneələri aradan qaldıracaq", - o deyib. Ortizin sözlərinə görə, yaxınlarda o, Bill Şuster və Eddi Bernis Consonla birlikdə, Nümayəndələr Palatasının Təxsisatlar üzrə Komitəsinə 907-ci bölmənin ləğvi ilə bağlı məktub göndəriblər. "Qeyd etdiyim kimi, mən bundan sonra da Azərbaycana hərbi yardım da daxil olmaqla, ümumi yardımın göstərilməsi üçün səylərimizi davam etdirəcəm", - o bildirib. "Prezident Obamanın xarici siyasətinin prioritet hədəflərindən biri, müsəlman dünyası ilə münasibətlərimizi möhkəmləndirməkdir", - Ortiz hesab edir. "ABŞ-ın enerji təhlükəsizliyi və terrorizmə qarşı müharibə kimi vacib sahələrdə cəsarətli müttəfiqi və strateji tərəfdaşı olan Azərbaycan, münasibətlərimizi möhkəmləndirməyə çalışdığımız ilk müsəlman ölkələrindən biri olmalıdır", - o qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA