Araz Əlizadə maddi problemlərlə üzləzib

img

24-07-2009 [04:50]


?Mən hazırda köhnə ?NİVA?mı sürürəm. Xarici avtomobilim də yoxdur. Amma yeni avtomobil almaq barədə düşünürəm. Çünki mənim maşınım artıq köhnəlib, üzü astarından baha çıxır. Yenisini kreditə götürmək fikrim var. Elan edirəm ki, maşınımı satıram?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə deyib. Qeyd edək ki, ?Qərbi Azərbaycanın Səsi? qəzetinin yazdığına görə, A.Əlizadənin maddi durumu yaxşılaşıb, hətta özünü Subaru şirkətindən yeni avtomobil alıb. ASDP həmsədri MİA-ya açıqlamasında isə bildirib ki, onun Subaru markalı avtomobil almağa gücü çatmaz: ?Görək də ?NİVA?nı satandan sonra nə isə ucuz bir avtomobil alaram. Ancaq istərdim ki, bu deyilənlər yalandırsa, düz çıxsın. Maddi durumum yaxşılaşsaydı, pis olmazdı. Pulum olsaydı, xarici avtomobildənsə, ev alardım. Mən hazırda bacımın həyat yoldaşının evində yaşayıram. Bakıda doğulub böyümüş Araz Əlizadənin özünün evi, bağı, xarici maşını yoxdur?. Hakimiyyət dairələrinin ona biznes üçün şərait yaradılmasına gəlincə, Araz bəy ?Əgər şərait yaratsaydılar, dərdim nəydi. Üç ildir ki, Sosinternə üzvlük haqqını ödəyə bilmirik, 3000 funt sterlinq ora borcumuz var. Yaxşı ki, qərargahın aylıq haqqı 50 manatdır, onu ödəyə bilirik. Bir şeyi də deyim ki, rüşvətxor məmurlardan pul alıb siyasi fəaliyyətlə məşğul olmaqdansa, hakimiyyətdən pul alıb biznes qurmaq, maşın almaq daha şərəflidir?- söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA