Ədliyyə Nazirliyi Fərhad Əliyevin vəkilinin iddiaları ilə razılazmır

img

24-07-2009 [03:45]


Xəbər verdiyimiz kimi, həbsdə olan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin vəkili Elton Quliyev ədliyyə naziri Fikrət Məmmədova müraciət edib. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Müstəqil İnformasiya Agentliyinə açıqlamasında müraciətdə yer alan ittihamların əsassız olduğunu söyləyib: ?Fərhad Əliyevin saxlandığı 2 saylı Cəzaçəkmə Məntəqəsi ağır cinayətlər törətmiş şəxslər üçün nəzərdə tutulmuş ümumi rejimli cəzaçəkmə müəssisəsidir. Orada həmin şəxsə heç bir ayrıseçkilik tətbiq edilmir. Müraciətdə yer alan iddialara gəlincə isə hesab edirəm ki, həmin iddialar düzgün deyil. Həmin şəxs ağır cinayətə görə məhkum olunub və onun saxlanma şəraiti digərlərinin şəraitindən heç nəylə fərqlənmir. Həmçinin bu fərq qanunvericilikdə də nəzərdə tutulmayıb. Bu vaxtadək həmin şəxsə ailə üzvləri ilə görüşdə heç bir problem yaradılmayıbsa indi niyə bu problem olmalıdır. Həmin cəzaçəkmə müəssisəsində kifayət qədər məhkum saxlanılır?. M.Sadıqov deyib ki, sabiq nazir daxil olmaqla, bütün cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar daimi diqqət mərkəzindədir: ?Onların saxlanma şəraitinin ağır olması və ya hansısa qeyri-qanuni məhdudiyyətlər qoyulması ola bilməz. Nəzərinizə çatdırım ki, həm bizim QHT nümayəndələri, həm də beynəlxalq təşkilatların nümayəndələri mütəmadi olaraq cəzaçəkmə müəssisəsi daxil olmaqla, bütün məntəqələrdə monitorinqlər keçirirlər. Monitorinqlər zamanı onlar həmin şəxslə də görüşüblər. Əgər onun hansısa problemi varsa həmin nümayəndələrə müraciət edə bilərdi. Amma, bu vaxtadək belə bir şey olmayıb. İstənilən məhkumun qanuni mənafeləri Penitensiar Xidmət vasitəsilə dövlət tərfindən qorunur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA