Emin Milli və Adnan Hacızadənin həbsi ?Əlcəzirə? kanalında müzakirə olundu

img

22-07-2009 [03:39]


Bir müddət öncə ?Livan? restoranında baş vermiş davaya görə həbs olunan gənc fəallar Emin Milli və Adnan Hacızadənin məsələsi ətrafındakı müzakirələr davam edir. Artıq bir çox beynəlxalq təşkilatlar da gənclərin həbsinə münasibət bildiriblər. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, dünən axşam dünyanın nüfuzlu telekanallarından olan ?Əlcəzirə? kanalında da bu məsələ müzakirə olunub. Gənclərin həbsi ilə bağlı hazırlanan verilişdə Azərbaycandan politoloq Leyla Əliyeva və Turqut Qəmbər də iştirak ediblər. Sözügedən verilişdə Azərbaycanda insan hüquqlarının vəziyyətinin ağır oğlduğu, insanların qanunsuz yerə həbsə atılması hallarının intensivləşdiyi bildirilib. Eyni zamanda Emin Milli və Adnan Hacızadənin həbsinin də siyasi motivli olduğu diqqətə çatdırılıb. Qeyd edək ki, gənc fəallar E.Milli və A.Hacızadə iyulun 8-də ?Livan? restoranında baş vermiş davaya görə saxlanıblar. E.Milli və A.Hacızadə davada zərərçəkmiş kimi tanınan Babək Hüseynov və Vüsal Məmmədova xəsarət yetirməkdə günahlandırılıblar. İyulun 10-da Səbail Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 221.2.1 maddəsi (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) üzrə başlanan işlə əlaqədar E.Milli və A.Hacızadənin hər biri barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib. İyulun 20-də Bakı Apellyasiya Məhkəməsi həbs-qətimkan tədbirini qüvvədə saxlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR