Edvard Nalbandyan: "Türkiyə ilə münasibətlərin hələ düzəlmə zansı var"

img

21-07-2009 [04:58]


"Türkiyə ilə Ermənistan münasibətlərinin hələ düzəlmə şansı var". Ermənistanın "Mediamax" agentliyinin məlumatına görə, bunu ölkənin xarici işlər naziri Edvard Nalbandyan Avropa Birliyi üçlüyünün rəhbəri, İsveçin xarici işlər naziri Karl Bildt ilə keçirdiyi görüşdən sonra mətbuat konfransında deyib. O, münasibətlərin normallaşmasının Azərbaycana da müsbət təsir edəcəyini qeyd edib. "Münasibətlərin normallaşması regionun rifahına müsbət təsir göstərəcək. Azərbaycan da bu bölgənin bir parçasıdır". Nalbandyan Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində iki ölkə arasında hər hansı bir sənədin imzalanmadığını vurğulayıb. Erməni nazir belə bir sənədin imzalanacağı təqdirdə orada münasibətlərin qurulması, sərhədlərin açılması və hökumətlərarası ortaq bir komissiyanın yaradılmasının yer alacağını söyləyib. /ANS PRESS/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA