Azərbaycana qonzu dövlətdə müharibə bazlaya bilər

img

20-07-2009 [02:17]


?İsrailin İrana hücum etməsi indiki halda daha realdır. Çünki bundan qabaq müxtəlif xarici mətbuat orqanlarında İsrailin yay aylarında İrana hücum edəcəyi ilə bağlı məqalalər yer alırdı. Hətta ABŞ dövlət katibi İsrailin bu planının əleyhinə olduğunu bildirmişdi. Lakin İranda keçirilən prezident seçkiləri zamanı baş verən proseslərdən sonra ABŞ-ın vitse-prezidenti İsrailin bu planına qarşı çıxmamağı məsləhət bilmişdi?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında politoloq Qabil Hüseynli ABŞ-da nəşr olunan ?The Global Politician? jurnalında İsrailin sabah İrana hücum etməsi ilə bağlı məqaləsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, İranın son dövrlər nüvə silahı əldə etməsi İsraili daha da narahat edib: ?Son dövrlər İsrail diplomatiyası İrana qarşı öz hücumunu əsaslandırmaq üçün Avropa ölkələri, eləcə də ABŞ-la ciddi təmasdadır. Belə görünür ki, artıq Avropa ölkələri və ABŞ da İranla bağlı İsrailin planlarına etiraz etmirlər. Hətta bəziləri bunu açıq şəkildə dəstəkləyirlər. Məhz bunun nəticəsidir ki, İsrailin sualtı qayıqlarının bəziləri, suüstü müasir tipli reystrlər və digər hərbi gəmiləri Suveyş kanalını keçirilərək, Qırmızı dənizdə yerləşdirilib. Çünki həmin məsafədən İran ərazilərinə raket zərbəsi endirmək daha əlverişlidir. İsrail kəşfiyyatı təxminən 5-6 ay bundan qabaq müəyyənləşdirmişdi ki, İrandan ?HƏMAS? təşkilatına silah göndərilir və həmin silahların göndərildiyi məntəqələr aşkarlanaraq məhv edilmişdi. Bu əməliyyatlar zamanı İsrail radara düşməyən qırıcı təyyarələrdən yararlanmışdı. Onu da qeyd edim ki, İranın radar sistemi sovet istehsalı olan köhnə tipli radarlardır. Bu radarlar daha yüksəkdən uçan müasir tipli qırıcı təyyarələri aşkarlaya və dəqiq koordinatlarını müəyyənləşdirə bilmir. Ona görə də İsrail özünün hərbi texnikasına, xüsusilə hərbi-hava qüvvələrinə daha çox ümid edir. Artıq məsələ elə həddə çatıb ki, heç bir dövlət İsrailin hücumuna mane ola bilməz. Hətta deyilənlərə görə, bu məsələ ?G-8? sammitində də müzakirə edilib və İsrailin hərəkətlərinə yaşıl işıq yandırılıb?. Politoloq onu da bildirib ki, İrana qarşı hərbi əməliyyatlar ildırım sürətli və qisamüddətli olacaq. Onun qənaətincə, Azərbaycan bu hərbi əməliyyatlardan heç bir ziyan çəkməyəcək: ?Əgər əməliyyatlara digər dövlətlər də açıq şəkildə qoşulsalar, onda desant qüvvələri də İrana yeridilə bilər. Belə olan halda rəsmi Bakı bu məsələyə biganə qalmayacaq və öz narahatlığını bildirəcək. Çünki heç bir dövlət istəməz ki, onun qonşuluğunda qeyri-sabitlik və müharibə şəraiti olsun?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA