Dağlıq Qarabağla bağlı Əliyev-Medvedev-Sərkisyan üçlüyünün görüzü keçirilib

img

18-07-2009 [12:23]


[b]Prezidentlər Rusiya Federasiyası Prezidentinin mükafatı uğrunda at yarışlarında iştirak etdikdən sonra Moskva restoranlarından birində üçtərəfli danışıqları davam etdiriblər[/b] Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın dünən Moskvada başlamış danışıqları bu gün Rusiya prezidenti Dmitri Medvedevin iştirakı ilə davam etdirilib. Görüş, Rusiya Federasiyası prezidentinin mükafatı uğrunda at yarışlarından sonra baş tutub. Bu görüşlə bağlı Rusiya prezidentinin köməkçisi Sergey Prixodko ?Rusiya, Ermənistan və Azərbaycan prezidentləri - Dmitri Medvedev, Serj Sarkisyan və İlham Əliyevin Moskvadakı görüşü konstruktiv keçib. Danışıqlarda bir sıra açıq qalan məsələlərin müzakirəsi davam etdirilib. Dmitri Medvedev bildirib ki, Minsk Qrupunun həmsədri kimi, Rusiya Qarabağ münaqişəsinin hər iki tərəf üçün məqbul həllinin tapılmasında bundan sonra da səylərini davam etdirməyə hazırdır? deyib. Qeyd edək ki, 2004-cü ildən keçirilən at yarışları çərçivəsində MDB dövlət başçıları müxtəlif formatlarda qeyri-formal görüş keçirirlər. Bu dəfə Moskvada altı MDB ölkəsinin (Rusiya, Azərbaycan, Ermənistan, Qazaxıstan, Moldova və Tacikistan) liderləri toplaşacaq. Digər liderlər isə müxtəlif səbəblərdən Rusiya paytaxtına getməyiblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA