Fazil Qəzənfəroğlu Milli Müqavimət hərəkatının yaradılmasına ehtiyac görmür

img

17-07-2009 [05:42]


?Mən, ümumiyyətlə, bütün köhnə formatların yenidən dirçəldilməsinə, vəfat etmişlərin yenidən dirildilməsinə qarşıyam. İnsanlar yeni anlayışlarla prosesə qoşulmalıdırlar. Xalq Cəbhəsini bərpa etmək, Milli Müqavimət hərəkatını yenidən yaratmaq əhəmiyyətsizdir. Hərəkatın ən güclü vaxtında belə hakimiyyətə təzyiq göstərilə bilinmədisə, iniki vəziyyətdə bu, ümumiyyətlə, mümkün deyil. Ona görə də yeni təzyiq yolu tapılmalıdır?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Qəzənfəroğlu Qarabağ məsələsi ilə bağlı müxalifətin Milli Müqavimət hərəkatının yaradılması ilə bağlı təklifinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, hər kəs öz mövqeyini açıq şəkildə bildirməlidir, hakimiyyət də səslənən fikirlərə öz mövqeyini ortaya qoymalıdır. ?Hakimiyyət müxalifətlə də hesablaşmır, hər hansı bir kənar fikiri də qəbul etmək istəmir. Belə bir vəziyyətdə hansı metodlarla olursa-olsun səhvləri deməliyik və onun düzəldilməsinə çalışmalıyıq?- deyə F.Qəzənfəroğlu fikrini tamamlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA