ATƏT-in Baz katibi Xarici izlər Nazirliyində olub

img

17-07-2009 [05:02]


Xarici işlər nazirinin müavini Vaqif Sadıqov ATƏT-in Baş katibi Mark Perrin De Brişambonu qəbul edib. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, görüşdə ATƏT ilə Azərbaycan arasında münasibətlərin genişləndirilməsinin perspektiv istiqamətləri müzakirə edilib. Həmçinin, təşkilatın hazırkı fəaliyyəti ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycana səfərindən məmnunluğunu bildirən qonaq ATƏT ilə Azərbaycan arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb. M.Brişambonu bu əlaqələrin daha da dərinləşdirilməsində ATƏT-in maraqlı olduğunu qeyd edib. Bakıda olduğu müddətdə bir sıra yüksək səviyyəli görüşlərin keçirdiyini bildirən M.Brişambo, görüşlər zamanı ATƏT-in hər üç fəaliyyət ölçüsü üzrə apardığı işin müzakirə olunduğunu vurğulayıb. Öz növbəsində, nazir müavini V.Sadıqov ölkəmizin ATƏT-lə əməkdaşlığa önəm vediyini bildirib. Azərbaycanla ATƏT arasındakı münasibətlərin inkişafında bu təşkilatın Bakı Ofisinin rolunu mühüm olduğunu vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA