isa Qəmbər Respublikaçılar institutunun Bakı Ofisinin rəhbəri ilə görüzüb

img

17-07-2009 [03:18]


Müsavat Partiyasının başqanı İsa Qəmbər bu gün partiyanın qərargahında Respublikaçılar İnstitutunun Bakı Ofisinin rəhbəri Ceyk Jonsla görüşüb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Müssavat Partiyasının mətbuat xidmətindən məlumat daxil olub. Məlumata görə, görüşdə iqtidarın gənclərə qarşı təzyiqləri, o cümlədən QHT sektorunun nümayəndələri Adnan Hacızadə və Emin Millinin həbsi ilə bağlı əlaqədar yaranmış vəziyyət müzakirə edilib. Müsavat başqanı qonaqla qarşıdan gələn bələdiyyə seçkiləri və partiya ilə institut arasındakı əməkdaşlığın perspektivləri ilə bağlı da müzakirə aparıb. Görüşdə Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı da iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA