Aynur Quliyeva: ?Münaqizənin həllində Azərbaycan tərəfi hansisa radikal güzəztlərlə razılaza bilməz?

img

17-07-2009 [01:20]


?İki prezident arasında münaqişənin həlli ilə bağlı konkret razılığın əldə olunmasını gözləmək tezdir. Çünki verilən bəyanatlardan açıq-aşkar görünür ki, tərəflərin heç biri güzəştə getmək niyyətində deyil?. Bu sözləri Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sərkisyanın görüşünə münasibət bildirərkən millət vəkili Aynur Quliyeva Müstəqil İnformasiya Agentliyinə deyib. A.Quliyeva bildirib ki, rəsmi Bakının mövqeyində heç bir dəyişiklik baş verməyib və təbii ki, verə də bilməz: ?Eyni zamanda, prezident İlham Əliyev Böyük Britaniyada Azərbaycanın mövqeyini birmənalı şəkildə ortaya qoyub ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü qorunmaq şərti ilə həll oluna bilər və biz Dağlıq Qarabağa Azərbaycanın daxilində ən yüksək hüquqi status verməyə hazırıq. Təəssüf ki, Ermənistan prezidenti Serj Sərkisyan da analoji mövqedən çıxış etmir. Bütün bunların fonunda ehtimal olunur ki, bu görüş də münaqişənin həlli istiqamətində ciddi bir dönüş yaratmayacaq. Ümumiyyətlə, reallıq bundan ibarətdir ki, sülh danışıqları prosesində Ermənistan ya işğal etdiyi torpaqları tərk etməlidir, ya da münaqişənin həlli illərlə uzana bilər?. Millət vəkili müxalifət düşərgəsində Qarabağ danışıqları ilə bağlı ifadə olunan narahatlığı bölüşmədiyini də söyləyib: ?Qeyd olunduğu kimi, ?Madrid prinsipləri? 2007-ci ildə meydana gəlib və tərəflərin heç biri bunu qəbul etməyib. Ümumiyyətlə, bir məqamı qətiyyən yaddan cıxarmaq olmaz ki, münaqişənin həlli prosesində Azərbaycan tərəfi hansısa radikal güzəştlərlə razılaşa bilməz. Bir az əvvəl də qeyd etdiyim kimi, erməni tərəfinə ediləcək güzəşt Azərbaycan dövlətinin suverenliyi və ərazi bütövlüyü çərçivəsində hansısa yüksək status ola bilər. Azərbaycan işğala məruz qalmış ölkədir və torpaqlarını hərb yolu ilə azad etmək gücündədir. Sülh danışıqları 15 ildən artıqdır ki, davam edir. Əgər Azərbaycan tərəfi getmək istəsəydi 15 il gözləməyə ehtiyac qalmazdı. İstər regionda, istərsə də beynəlxalq aləmdə mövqelərimizin daha zəif, hərbi gücümüzün daha aşağı səviyyədə olduğu vaxtlarda belə güzəştlərə imza atmamışıqsa, indi düşməndən qat-qat güclü oldugumuz bir məqamda, hərbi büdcəmizin düşmən ölkənin bütünlüklə büdcəsindən yüksək olduğu bir vaxtda təbii ki, hec bir kompromisdən söhbət gedə bilməz?. Bu günlərdə azərbaycanlı ziyalılardan ibarət nümayəndə heyətinin işğal altında olan torpaqlarımıza səfər etməsinə də münasibət bildirən millət vəkili deyib ki, bu səfərlər ictimai xarakterlidir və belə səfərlərin təşkil edilməsindən narahatlıq keçirməyə dəyməz. Aynur xanımın fikrincə, belə səfərlər tez-tez təşkil edilməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA