Bu gün ilham Əliyevlə Serj Sarkisyan görüzəcək

img

17-07-2009 [12:10]


Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı növbəti görüşü bu gün Moskvada keçiriləcək. RİA ?Novosti?nin yaydığı xəbərə görə, budəfəki görüşdə münaqişənin nizamlanması üçün yaxşı şans var. Məlumata görə, prezidentlərin gözlənilən görüşü, 2008-ci ilin iyununda Sankt-Peterburqda MDB qeyri-formal sammiti çərçivəsində başlayan danışıqların altıncı mərhələsi olacaq. Prezidentlərin 2008-ci ilin noyabrın Moskvaətrafıda keçirilmiş göbrüşündə münaqişənin nizamlanması prinsialərini təyin edən Bəyannamə qəbul edilib. Son vaxtlar ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin nümayəndələri bəyan edirlər ki, problemin həllində təkamül müşahidə olunur və onlar ümid edirlər ki, münaqişənin nizamlanması ilə bağlı saziş 2010-cu ilin əvvəllərində imzalana bilər. Rusiya prezidenti Dmitri Medvedev bildirib ki, Dağlıq Qarabağ probleminin həlli üçün yaxşı imkanlar mövcuddur. Onun fikrincə, bu, həllində irəliləyiş əldə edilmiş münaqişələrdən biridir. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza isə öz növbəsində bəyan edib ki, bu gün danışıqlar çox ciddi səviyyədə aparılır. Rusiya prezidentinin köməkçisi Sergey Prixodko jurnalistlərə bildirib ki, İlham Əliyev və Serj Sarkisyan arasında ikitərəfli görüşün səhəri gün-iyulun 18-də danışıqların Rusiya prezidenti Dmitri Medvedevin iştirakı ilə üçtərəfli formatla davam etdiriləcəyi gözlənilir. Lakin hər hansı sənədin imzalanması planlaşdırılmır. Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniyaya səfəri çərçivəsində bir daha bəyan edib ki, Dağlıq Qarabağın müstəqilliyi ilə bağlı ideyanın heç bir perspektivi yoxdur. Onun fikrincə, ?Dağlıq Qarabağ heç vaxt müstəqil dövlət kimi tanınmayacaq və bunu gözləmək mənasızdır. Azərbaycanın dövlət başçısı bildirib ki, rəsmi Bakı, Dağlıq Qarabağda yaşayanlara suveren Azərbaycan dövləti çərçivəsində ən yüksək muxtariyyət verməyə hazırdır. Münaqişənin nizamlanması ilə bağlı vasitəçilərin optimist bəyanatları fonunda İlham Əliyevin Londonda səsləndirdiyi fikirlər danışıqlarda hər hansı ciddi irəliləyişin olmadığını göstərir. Azərbaycan prezidenti bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinda daha ümidverici dinamika müşahidə olunsa da, bu, son məqsədə çatmaq-birdəfəlik sülhün bərqərar etmək üçün yetərli deyil. ?Son 15 ildə biz nə hərb, nə sülh şəraitində yaşayırıq? deyə İlham Əliyev qeyd edib. Azərbaycan dövlət başçısı bəyan edib ki, rəsmi Bakı, münaqişənin sülh yolu ilə həllinə sadiqdir və son 15 ildə bu aydın və dəqiq mövqeyini öz fəaliyyəti ilə təsdiqləyib: ?Lakin təəssüf ki, mən münaqişənin hərbi yolla həllini tam istisna edə bilmərəm. Çünki bizim beynəlxalq qanunlara əsasən ərazi bütövlüyümüzü təmin etmək hüququmuz var. Heç bir ölkənin bu hüququ şübhə altına alına bilməz?. İlham Əliyev bildirib ki, Azərbaycan güclü və müasir Silahlı Qüvvələrə malikdir və Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünü təmin etməyə qadirdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA