ABŞ-ın Azərbaycandakı səfirliyi təhlükəsizlik tədbirlərini gücləndirir

img

16-07-2009 [08:17]


Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbayndakı səfirliyi təhlükəsizlik tədbirlərini gücləndirmək qərarına gəlib. Belə ki, Bakı şəhəri, Azadlıq prospekti 83 ünvanında fəaliyyət göstərən diplomatik korpusun yerləşdiyi ərazi yenidən hasarlanmağa başlayıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, son iki gün ərzində səfirliyin hasarına əlavə dəmir örtükləri də çəkilir. Qeyd edək ki, səfirliyin binası təhvil verilərkən ərazi 3 metrlik beton lövhələrlə hasarlanmışdı. O zaman binanın ətrafında avtomobilin hərəkəti dayandırılmış, insanların səki ilə hərəkəti qadağan olunmuşdu. Artıq iki-üç gündür ki, mühafizə məqsədilə inşa olunmuş 3 metrlik beton hasarının üstündən iki metrə yaxın dəmir barmaqlıqlar çəkilir. Fəhlələrin isti havada işlədilməsi mühafizə tədöbirlərini sürətlə başa çatdırmaq niyyətindən xəbər verir. MİA-ya verilən məlumata görə, Enn Dersini əvəzləyəcək yeni səfir Bakıya gələnə kimi bu prosesin başa çatdırılması nəzərdə tutulur. Bu barədə MİA-ya məlumat verən şəxsin sözlərinə görə, ABŞ səfirliyinin hasarlarının bir qədər də yüksəldilməsi müafizə tədbirlərinin gücləndirilməsilə bağlıdır. ?Məndə olan məlumatalara görə, ABŞ səfirliyində Azərbaycanda baş verən proseslərlə bağlı ciddi narahatlıq var. Xüsusilə də dini qruplaşmaların güclənməsi, vəhhabilərin aktivləşməsi buradakı diplomatik korpusu narahat edib. Yadınızdadırsa, Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim İslam Nemanovun sədrliyi ilə Bakıdakı "LUKoyl" yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda ittiham olunan, Azərbaycan Ordusunun keçmiş zabiti Kamran Əsədov və digər 19 nəfərin cinayət işi üzrə məhkəmə prosesində də belə bir niyyətin olduğu üzə çıxmışdı. Hətta müttəhimlər kürsüsündə əyləşmiş bəzi şəxslər gələcəkdə belə bir aktın həyata keçiriləəcyini istisna etməyiblər. Elə buna görə də ABŞ səfirliyi təhlükəsizlik tədbirlərini artırır. Amma 5 metrlik hasarın hansısa terror aktının qarşısını alacağı sual altındadır?- deyə müsahibimiz fikrini tamamlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA