Türkiyə ilə Azərbaycan yenidən qazın qiymətini müzakirə edəcək

img

16-07-2009 [12:01]


Azərbaycan ilə Türkiyə arasında təbii qazın qiymətinin razılaşdırılması ilə bağlı növbəti müzakirələr iyulun 17-də keçiriləcək. Bu barədə CNN Türk kanalı məlumat verib. Hər iki ölkənin nümayəndə heyətlərinin Naxçıvan Muxtar Respublikasında görüşəcəyi bildirilib. Məlumata görə, müzakirələrdə yalnız qazın qiyməti deyil, Azərbaycandan Türkiyəyə verilən qazın miqdarı da müzakirə ediləcək. Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə ANS PRESS-ə bildirib ki, onda bu görüş barədə məlumat yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA