Təyyarə qəzasında 150 sərnizin həlak oldu

img

15-07-2009 [02:35]


İranın şimal-qərbində Tupolev tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Türkiyənin CNNtürk kanalının yaydıği məlumata görə, təyyarə ölkənin Qəzvin şəhərinin yaxınlığında yerə düşüb. Təyyarənin Rusiyaya məxsus olduğu bildirilir. Təyyarədə olan 150 sərnişinin həlak olduğu güman edilir. Verilən məlumata görə, təyyarə Tehrandan Ermənistanın paytaxtı İrəvana uçurmuş. Təyyarədə olan sərnişinlərin hamısının həlak olması barədə məlumatı İRNA agentliyinə təyyarənin düşdüyü ərazidə olan yanğınsöndürənlər veriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA