ilham Əliyev:"Azərbaycan Nabucco layihəsinin imzalanmasından çox məmnundur"

img

14-07-2009 [05:45]


Azərbaycan Nabucco layihəsinin imzalanmasından çox məmnundur. CNNtürkün məlumatına görə, bunu İngiltərədə rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Chatham Housedə çıxış edərkən bildirib. Azərbaycanın iqtisadiyyatı, enerji sahəsindəki vəziyyəti və bölgəni maraqlandıran mövzularla əlaqədar fikirlərini bildirən Əliyev, çıxışdan sonra Türkiyə-Azərbaycan əlaqələri, Nabucco layihəsi və Ermənistan mövzuları ilə bağlı bir sıra sualları cavablandırıb. Razılaşmanın imzalanmasının çox əhəmiyyətli olduğunu qeyd edən Əliyev, layihənin Azərbaycanın faydasına olacağına inandığı halda, qaz satmaq istəyəcəklərini qeyd edib. İlham Əliyev Azərbaycanın hər yerə satacaq miqdarda qazı olduğunu da vurğulayıb. Azərbaycan ilə Türkiyə arasında tranzit keçid razılaşmasının hələ imzalanmadığını bildirən Əliyev, bu razılaşmanın da imzalanmasını ümid etdiyini bildirib. Əliyev, Türkiyə ilə Ermənistan arasında son dövrdəki yaxınlaşmanın da iki ölkə arasında olan əlaqələr kimi qiymətləndirib. Türkiyə və Azərbaycanın bir-biriylə çox yaxın əlaqələri olduğunu vurğulayan Əliyev, Türkiyənin, Azərbaycanın müstəqilliyinin ilk günündən etibarən həmrəylik göstərdiyini də vurğulayıb. Keçən günlərdə baş nazir Rəcəb Tayyip Ərdoğanın Azərbaycan səfəri zamanı Dağlıq Qarabağ problemi həll edilmədən Türkiyənin Ermənistan sərhədini açmayacağını söyləməsini xatırladan Əliyev, bunun "bizim yoldaşımız, dostumuz olan Türkiyənin yanaşmasıdır" şəklində qiymətləndirib. /ANS PRESS/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA