Müsavatın aksiya keçirən bez üzvü polis bölməsinə aparılıb

img

14-07-2009 [12:44]


Bu gün Müsavat Partiyası Çin Xalq Respublikasının Azərbacandakı səfirliyinin binası qarşısında piket keçirməyə cəhd göstərib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Müsavatın 40 nəfər üzvü 12.00 radələrində səfirliyin binası qarşısına doğru hərəkət etmək istəyiblər. Lakin Nəsimi rayon 22-ci Polis Bölməsinin əməkdaşları aksiyaya müdaxilə edib. Bu səbəbdən də aksiyanı sona qədər reallaşdırmaq mümkün olmayıb. Aksiyanın təşkilatçılarından olan Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslının MİA-ya verdiyi məlumata görə, polis etirazçılara qarşı zorakılıq edib: ?Polislər mənə və Gülağa Aslanlıya təzyiq göstərdilər və zorakılıq etdilər. Əsas kimi isə göstərirdilər ki, Bakı Şəhər İcra Hakimiyyəti piketə icazə verməyib, ona görə də aksiya keçirə bilməzsiniz. Heç qətnaməni də Çin səfirliyinə təqdim etməyə imkan vermədilər. Dedilər ki, guya səfirlikdən qətnaməni qəbul etmək istəmirlər. Hazırda mən də daxil olmaqla, polis beş nəfəri saxlayaraq, bölməyə gətirib, izahat veririk?. T.Abbaslı onu da bildirib ki, aksiyanı baş tutmuş saymaq olar. Onun sözlərinə görə, əsas, ölkə və beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə yönəltməkdir. Müsavat funksioneri öz etiraz səslərini ucaltmaqla buna nail olduqlarını düşünür. Qeyd edək ki, sözügedən aksiya Çində uyğurlara qarşı zorakılqlara etiraz əlaməti olaraq keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA