Əvəz Temirxan: ?irəli sürülən altı zərtdən heç biri Azərbaycanın xeyrinə deyil?

img

13-07-2009 [07:32]


?Bu şərtlər Azərbaycana məğlubiyyətdən, təslimçilikdən başqa heç nə vermir. Hesab edirəm ki, bu şərtlər Azərbaycanın ərazi bütövlüyünə, Dağlıq Qarabağ üzərində suverenliyinə xələl gətirir, bizi təslimçiliyə sürükləyir. İrəli sürülən altı şərtdən heç biri Azərbaycanın xeyrinə deyil?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Azərbaycan Liberal Partiyasının (ALP) sədr əvəzi Əvəz Temirxan Dağlıq Qarabağ münaqişəsinin həllini nəzərdə tutan baza prinsiplərinin detallarına münasibət bildirərkən deyib. Onun qənaətincə, bu cür çıxışlar etməklə, ATƏT-in Minsk Qurupunun həmsədrləri Dağlıq Qarabağı Azərbaycanın ərazisi saymadıqlarını göstərirlər: ?Onlar Dağlıq Qarabağın müstəqilliyini tanımaq şərti ilə ətraf rayonlarının qaytarılması şərtini qoyurlar. Halbuki BMT-nin Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsində Dağlıq Qarabağın ətrafındakı 7 rayonun 6-nın qeyd-şərtsiz qaytarılması nəzərdə tutulur?. Qeyd edək ki, hakimiyyət nümayəndələri bütün bəyanatlarında Azərbaycanın ərazi bütövlüyünə xələl gəlməyəcəyini bildirirlər. Ə.Temirxan isə qeyd edib ki, hakimiyyət nümayəndələri həmişə oluduğu kimi yalan danışırlar. Onun sözlərinə görə, hazırkı situasiya Azərbaycanın təslimçi sülhə sürükləməkdən başqa bir şey deyil. ALP yetkilisi Türkiyə Xarici İşlər Nazirliyinin məlum şərtlərdən məmnun qalması ilə bağlı bəyanatından da narazı qaldığını vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA