?Nabucco? layihəsi ilə bağlı hökumətlərarası saziz imzalandı

img

13-07-2009 [03:18]


Xəzər hövzəsi qazının Rusiyadan yan keçməklə Avropaya nəqlini nəzərdə tutan ?Nabucco? layihəsi ilə bağlı hökumətlərarası saziş bu gün Ankarada imzalandı. Türkiyədə ?əsrin sövdələşməsi? adlandırılan sənədi layihədə iştirak edəcək 5 ölkə imzalayıb. Sazişə Türkiyə, Avstriya və Macarıstanın baş nazirləri, eləcə də Bolqarıstan və Rumıniyanın energetika nazirləri imza adıb. İmzalama mərasimində Gürcüstan prezidenti Mixail Saakasvili, Rumıniyanın baş naziri Emil Boc, Avstriyanın baş naziri Verner Faymann, Bolqarıstanın baş naziri Sergey Stanişev, Macarıstanın baş naziri Gordon Bajnai və İraqın baş naziri Nuri Əl-Maliki iştirak edir. Azərbaycanı mərasımdə Sənaye və Energetika naziri Natiq Əliyev təmsil edir. Ümumilikdə sazişin imzalanması mərasimində təxminən 30 ölkənin rəsmiləri, eləcə də Avropa Komissiyasının sədri Joze Manuel Barrozo da iştirak edir. Dəyəri 7,9 milyard dollar qiymətləndirilən ?Nabucco? layihəsi təbii qazın Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriya vasitəsilə nəqlini nəzərdə tutur. O, artıq inşa edilmiş və ildə 31 milyard kubmetr qazın nəqli üçün nəzərdə tutulan Bakı-Tiflis-Ərzurum qaz kəmərinin davamı kimi qiymətləndirilir. Qaz kəmərinin üçdən ikisi və 3300 kilometri Türkiyə ərazisindən keçəcək. ?Nabucco? layihəsi, xüsusilə, onun qazla doldurulması ilə bağlı danışıqlar artıq bir neçə ildir aparılır. 2009-cu ildə Rusiya və Ukrayna arasında qaz münaqişəsi yaranandan sonra danışıqlar daha da intensivləşdirilib. Qaz kəmərinin tikintisinə 2010-cü ildə başlanılması, qaz nəqlinə isə 2014-cü ildə start verilməsi planlaşdırılır. /ANS PRESS/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA